BigBazar Haqqında
BİGBAZAR.AZ 10 ildən artıq Azərbaycanda tikinti materiallarının idxalı ilə məşğul olan AG COMPANY MMC-nin ON LİNE satış layihəsidir. AG COMPANY Azərbaycan tikinti materialları bazarında bir sıra tanınmış dünya brendlərinin təmsilçisidir.Müştərilərə təklif edilən bütün mallar eksklyüziv əsaslarla satılır ki, bu da tikinti materialları bazarında rəqabətədavamlı qiymət siyasətini qorumağa imkan yaradır.İstehsalçı tərəfdaşlarımız öz sahəldərində ən yaxşılardan olmaqla daimi olaraq məhsulların keyfiyyətinə, texnoloji yeniliklərin tətbiqinə xüsusi diqqət yetirir. İtaliyanın Ceramiche Keope, Cipa Gres, Supergres Ceramiche, Saime Ceramiche, Alfalux Ceramiche şirkətlərinin keramoqranit plitələri, Hindistanın SKY TOUCH şirkətinin keramoqranit plitələri, Belçikanın GRANDECO firmasının divar kağızları, Çinin ROSE MOSAİC firmasının mozaika məhsulları anbarlardan alıcılara təklif edilir. Hazırda alıcılara təklif olunan keramoqranit plitələrin, divar kağızlarının, mozaika çeşidlərinin artırılması əsas məqsədimiz olaraq qalır. ON LİNE satış layihəsi alıcılarla daha sıx əlaqə yaratmaq məqsədilə yaradılmış, ilkin mal seçimində müştərilərə əlavə şərait yaratmaq hədəflənmişdir.Layihədə online seçimlə yanaşı online ödəniş aparılması da nəzərdə tutulmuşdur.Təklif olunan məhsulların daimi yenilənən anbar qalığı mövcuddur.Layihənin alıcıların istəyinə maksimum uyğunlaşdırılması üçün bütün imkanlardan istifadə ediləcəkdir.